Kriştianu Ronaldu klubunu dəyişməyəcək.
Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı ulduz yenidən “Ən-Nəsr” klubu ilə razılıq əldə edib. O, karyerasını burada davam etdirəcək.
Tərəflər artıq yeni müqaviləyə imza atıblar.
Qeyd edək ki, Ronaldu 2022-ci ilin dekabr ayından Səudiyyə Ərəbistanı klubunda çıxış edir.
Onun sonuncu sosial media paylaşımından sonra karyerasını başqa klubda davam etdirəcəyi gözlənilirdi.