Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.85 $▲1.17%
  • WTI neft88.69 $▲0.89%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.123 $▼1.14%
  • Qızıl3 861 $▼0.32%
  • Gümüş47.41 $▼0.20%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.75 ¢▲0.21%
  • Bitcoin64 829 $▼0.74%
  • Ethereum1 818 $▼0.92%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Maqazin

Rövşanə efirdə yenə qonağı ilə dalaşdı: "Özünü ərə getməklə..."

image-1681798922_1117837
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü influenser Nagehan Abdullayeva ilə çəp gəlib.

Busaat.az olay-a istinadən xəbər verir ki, Ağasəfqızı “Space səhər” proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib.

Buna səbəb isə Abdullayevanın “Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm” sözlərinə “Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir” cavabı olub.

Abdullayeva “Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım” , – deyərək, özünü müdafiə edib.

Ağasəfqızı isə yenə də öz fikrində qalıb. Bundan sonra “Deməyim odur ki, instaqram və ərə getməklə yadda qalmaq bir işdirmi?” sualını ünvanlayıb.

Nagehan “Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?” sözləri ilə qəzəblənib.

Rövşanə ondan işinin məğzini izah etməsini istəsə də, Abdullayeva aparıcıya sərt cavab verib:

“Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq “ərə getmək” deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. “Ərə getmək” deyə tutdurubsuz. Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ailə həyatımı niyə davam etdirə bilmirəm ki? Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Təbii ki, Fəridə fikir ayrılıqlarımız ola bilər. Heç kimin sığortalanmayıb. Bunu da düzgün edərik. İki uşağımız var, onlardan biri qızdır”.

Qeyd edək ki, R. Ağasəfqızı ötən həftələrdə efirində Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovla qalmaqal yaşayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107193