Rufiz Qonaqov “Davam”ın qonağı olub

image-interpress_dba8988c76944119ee7e609f8c1f8b97_6w3g7cnk0m1pltjh42er-640x336backend

“Davam” Gənclər Hərəkatı millət vəkilləri, ictimai-siyasi xadimlər ve fikir adamları ilə silsilə görüşləri davam etdirir.

Busaat.az xəbər verir ki, 21 may tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovla davamçı gənclər arasında “İctimai fikir, siyasi düşüncə və siyasi həmfikirlər institutu” mövzusunda görüş keçirilib.

Görüş zamanı “Müasir gənclik, hədəf və perspektivlər”, “Regionda Azərbaycanın yaratdığı yeni konfiqurasiyada yeni çağırışlar və tələblər”, “Gənclər arasında ideoloji işin qurulması və siyasi savadlılığın artırılması”, “Ölkəmizdə dialoq mühiti: həmrəylik və xalq-iqtidar birliyi” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi və maraqlı keçən söhbətin yekununda sual-cavab mərhələsi baş tutub, gənclər onları maraqlandıran sualları səsləndirib, suallar qonaq tərəfindən maraqlı və geniş şəkildə cavablandırılıb.

Sonda Rufiz Qonaqov “Davam” Gənclər Hərəkatının fəaliyyətinə uğurlar arzulayıb və Hərəkatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib.

interpress dba8988c76944119ee7e609f8c1f8b97 6w3g7cnk0m1pltjh42erinterpress 1e8d51925041f42545af5fedb9219999 cvra8yfzw2bq37n4tuo1interpress c5f803a369cf68c4352755ca7224e8db 61a2ks7qchz4prvnj8y5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki