Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.57 $▼0.13%
  • WTI neft100.23 $▼0.56%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.066 $▲0.95%
  • Qızıl4 077 $▲1.16%
  • Gümüş54.52 $▲1.42%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 804 $▲0.99%
  • Ethereum2 347 $▲1.14%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Dünya

“Rusiya cinayətkarların ekstradisiyasına hazırdır” - Putin

image-vladimir_putin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Müvafiq ikitərəfli razılaşmalar əldə edildiyi təqdirdə Moskva kiber cinayətkarları Vaşinqtona təhvil verməyə hazırdır və ABŞ da buna bənzər bir şəkildə hərəkət edəcəkdir”.

Busaat.az  xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə “Moskva. Kremlin. Putin” verilişinə müsahibəsində bildirib.

“Bütün bu müqavilələr müvafiq dövlətlərarası sənədlərdə ifadə olunur və orada, bu sənədlərdə, müqavilələrdə tərəflər müəyyən öhdəliklər götürürlər. Və bunların böyük əksəriyyətində ekvivalentdir – hər iki tərəf eyni öhdəlikləri öz üzərinə götürür”,- deyə Putin qeyd edib.

Rusiya Prezidenti ölkəsinin cinayətkarların qarşılıqlı ekstradisiyasına hazır olduğunu bildirib.

“Cinayətkarların ekstradisiyasında razılığa gəlsək, əlbəttə ki, Rusiya buna razı olacaq, biz bunu edəcəyik, ancaq yalnız qarşı tərəf, yəni, ABŞ eyni şeyi qəbul edərsə və müəyyən cinayətkarları Rusiya Federasiyasına təhvil verdiyi halda”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden G7 zirvəsindən sonra təşkil edilən mətbuat konfransında, ölkəsində Rusiyaya qarşı cinayətlər törədən insanları mühakimə etməyə hazır olduğunu açıqlamışdı.

Rusiya Prezidenti qeyd edib ki, Baydenlə görüşdən şəxsi təmasların və münasibətlərin bərpasını, birbaşa dialoqu və qarşılıqlı maraqları təmsil edən sahələrdə həqiqətən işləyən mexanizmlərin yaradılmasını gözləyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49604