Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.13 $▼2.54%
  • WTI neft90.35 $▼1.20%
  • Avropa qazı (TTF)85.23 €▼4.93%
  • Təbii qaz (ABŞ)2.937 $▼0.64%
  • Qızıl4 064 $▲0.25%
  • Gümüş52.01 $▲0.89%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda594.25 ¢▼0.17%
  • Bitcoin75 747 $▼0.29%
  • Ethereum2 228 $▼0.33%
  • S&P 5007 413▲0.76%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Rusiya hələ də özünə uyğun variantın həllinə nail olmayıb” - ŞƏRH

image-16673915646362604cab6547-76119510
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ukraynanın hücuma keçəcəyi və Rusiyanın böyük itkilərə məruz qalacağı gündəmdə varkən Rusiya bu aralar Ermənistanı təzyiq altında saxlamaq istəyir. Öz maraqlarına uyğun sülh müqaviləsinin bağlanmasına belə tərəfdardır”.

Bunu Rusiyanın narahatlığının səbəblərini şərh edən politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, biz İranın Ermənistana dəstəyini Avropa ilə əlaqələndiririk, ancaq son zamanlar görürük ki, İranın Ermənistana dəstək göstərməsinin arxasında elə Rusiyanın barmağı var:

image-vuqar_qedirov-1

“Rusiya İran vasitəsi ilə Ermənistanın Qərbə inteqrasiyasını və sülh müqaviləsini gecikdirir. Eyni zamanda hər iki tərəfli vaxt qazanmaq istəyir. Ukrayna ilə məsələni həll etdikdən sonra dondurulmuş məsələni gələcəkdə Rusiya maraqları çərçivəsində həll etmək istəyir. Bu baxımdan bölgəmizdə var olan gərginlik pik həddədir. Üçtərəfli razılaşmaya əməl etməyən Ermənistana Rusiyanın açıq təzyiqini görmürük. Çünki Rusiya hələ də münaqişədə özünə uyğun variantın tam həllinə nail olmayıb. Ona görə də münaqişənin uzanmasında maraqlıdır. Rusiyanın post-sovet ölkələri ilə intesiv əlaqələr yaratmasına səbəb proseslərdən uzaqlaşdırılmaq qorxusundan meydana gəlir. Vardanyanın və digər təxribatçıların Qarabağa yerləşdirilməsini Rusiya təlimatlandırsa da Azərbaycanın bundan narazı olduğu ortadadır”.

“İranın Azərbaycana qarşı təhdidləri Ermənistanla münasibətlərin normallaşmamasına yönəlib. Münaqişənin dondurulmasını, vaxtı gəldikdə isə Rusiya maraqları çərçivəsində həll olunmasını istəyirlər.. İstər Türkmənçay, istər Gülüstan müqaviləsi zamanı Rusiya ilə İran arasında anlaşma var. Ukraynanın hücuma keçəcəyi və Rusiyanın böyük itgilərə məruz qalacağı gündəmdə varkən Rusiya bu aralar Ermənistanı təzyiq altında saxlamaq istəyir. Bəlkə də öz maraqlarına uyğun sülh müqaviləsinin bağlanmasına belə tərəfdardır. Təəssüf ki, Rusiya Azərbaycan və Ermənistan arasında olan məsələlərdə Qarabağı özünün ərazisi kimi qəbul edir. Hətta göndərdiyi Ruben Vardanyan vasitəsilə Ermənistana mesaj göndərmək istəyir ki, Rusiyanın maraqları heç vaxt ikinci plana keçə bilməz”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100909