Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 990 $▼1.81%
  • Ethereum1 893 $▼1.78%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya hərbçiləri Suriyanın Qabaqibinə üç ton humanitar yardım çatdırıblar

image-rusiya-herbcileri
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Suriyadakı Müxalif Tərəflərin Barışıq Mərkəzinin hərbçiləri Suriyanın Dəra əyalətindəki Qabaqib qəsəbəsinin mülki əhalisinə humanitar yardım çatdırıblar.

Busaat.az xəbər verir ki, bu barədə TASS sözügedən mərkəzə istinadən məlumat yayıb.

“Qəsəbənin inzibati binasında rus hərbçiləri ümumi çəkisi təxminən üç tona yaxın olan 300 ərzaq paketi paylayıblar. Hər paketdə un, düyü, çay, şəkər və bitki yağı da daxil olmaqla on kiloqrama qədər ərzaq var. Hərbçilər ərzaq dəstindən əlavə, 1500 kiloqram geyim də çatdırıblar”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, humanitar əməliyyat çərçivəsində Dəməşq döyüş qrupunun tibb xidmətinin rəis müavini yerli əhalini müayinə edib. Vətəndaşlara müalicə tövsiyələri və lazımi dərman preparatları verilib. Agentliyin məlumatına görə, yerli dövlət və bələdiyyə orqanları rus hərbçilərinə göstərdikləri köməyə görə təşəkkür ediblər.

“Ümumilikdə, Suriyada Müxalif Tərəflərin Barışdırılması və Qaçqın Hərəkatına Nəzarət üzrə Rusiya Mərkəzinin işi çərçivəsində 3600-ə yaxın humanitar aksiya həyata keçirilib. Suriya vətəndaşlarına 7 min 584 tondan çox ərzaq, qablaşdırılmış su və ilkin tələbat malları çatdırılaraq paylanılıb”, – məlumatda deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124595