Rusiya: “İranın obyektləri MAQATE nəzarətində olsa da, hədəf seçilib

image-20jpg-1750947270backend

ABŞ və İsrail İran ətrafında münaqişə ilə bağlı MAQATE-nin reputasiyasına dəyən ziyana görə məsuliyyət daşıyır.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“MAQATE-nin nəzarəti altında olan İranın nüvə obyektlərinin Amerika və İsrail raketləri üçün hədəfə çevrilməsi NPT sisteminə açıq çağırışdır”, – o, brifinq zamanı deyib.

Onun sözlərinə görə, İrana zərbələrin planlaşdırılması üçün məlumat mənbəyi kimi istifadə edilən MAQATE-nin yoxlama sisteminin etibarlılığı şübhə doğurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki