“Rusiya məğlub olmayacağı müddətdə Cənubi Qafqazda…” – ŞƏRH

image-usa-ukraine-versus-russia-fists-world-powers-vying-each-other-78941232backend

“ABŞ sülh yaratma prosesində uğura nail olmaq istəyirsə ilk öncə Rusiyanı Ukraynada məğlub etməlidir”.

Bunu ABŞ-ın Ermənistan-Azərbaycan arasında sülh təmin etmə addımlarından danışan politoloq Vüqar Qadirov Busaat.az-a açıqlamasında deyib.

image-vuqar-qedirov

O, bildirib ki, 2022-ci il istər Avropa İttifaqı, ABŞ, istərsə də Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması ilə bağlı atdığı addımların şahidi olduq: “Təəssüf ki, Ermənistan manevrlər etməklə sülh prosesinin bərqərar olmasına imkan vermədi. Ermənistanı sülhdən yayındıran bir çox səbəb var: Fransanın Ermənistanı dəstəkləməsi və s. Fransanın danışıqlar prosesində iştirakına cəlb olunmasını təmin etməyə çalışmaq sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi daşıyır. Rusiyanın isə təbii ki, Ermənistana təsir imkanları həddindən artıq böyükdür. Xatırladım ki, Rusiya prezidenti Vladimir Putin “Ermənistan əgər ABŞ variantı ilə sülhə razıdırsa Qarabağ birbaşa Azərbaycana verilməlidir” bəyanatı ilə çıxış edib. Bununla da Paşinyan ermənilərlə üz-üzə qaldı və aciz duruma düşdü”.

Politoloq ABŞ-ın sülh niyyətlərinə çatma ehtimallarını dəyərləndirib: “ABŞ həm Ermənistan, həm də Azərbaycanla bölgədə sülh yaratmaq üçün danışıqlar aparır. Amerika sülh yaratma prosesində uğura nail olmaq istəyirsə ilk öncə Rusiyanı Ukraynada məğlub etməlidir. Rusiya Ukraynada məğlub olmuyacağı müddətcə bölgədə sülh yaratma prosesinin baş verməsi mümkün deyil”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki