
Rusiya Münhen Təhlükəsizlik Konfransına qatılmayacaq
Rusiya rəsmiləri qarşıdan gələn Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər.
Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, Vladimir Putin bu il konfransda iştirak etməyi planlaşdırmır.























