Rusiya – Nigeriya matçında baş hakim azərbaycanlı olacaq

image-d40f619a-34f1-32eb-a05d-f2b60d9bef3b_850backend

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, o, Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.

Moskvada baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki