Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.46 $▼0.23%
  • WTI neft100.22 $▼0.57%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)2.993 $▼1.45%
  • Qızıl4 070 $▲0.99%
  • Gümüş54.54 $▲1.47%
  • Pambıq78.95 ¢▼0.20%
  • Buğda614.25 ¢▼0.04%
  • Bitcoin80 359 $▲0.44%
  • Ethereum2 340 $▲0.86%
  • S&P 5007 722▲0.59%
18°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Dünya

Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir

image-donetsk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya müdafiə naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarının ani yoxlanışının tamamlandığını elan edib.

Busaat.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

“Ani yoxlanışın məqsədlərinə tam şəkildə nail olunduğuna inanıram. Qoşunlar ölkənin etibarlı müdafiəsini təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bununla əlaqədar olaraq Cənubi və Qərbi hərbi bölgələrdə yoxlama fəaliyyətlərini tamamlamaq qərarını verdim”,- deyə Şoyqunun açıqlamasında qeyd olunub.

Bundan əlavə, Rusiya müdafiə naziri Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb.

Qeyd edək ki, daha əvvəl rəsmi Kiyev Donbassda gərginliyin artması fonunda Rusiya qoşunlarının Şərqi Ukrayna sərhədi boyunca cəmləşməsindən narahatlığını bildirmişdi.

Rəsmi Kreml isə cavabında Moskvanın qonşu dövlətləri təhdid etmədiyini qeyd edərək, öz ərazisi boyu hərbi hissələrin yerdəyişməsini həyata keçirmək hüququnu özündə saxladığını bildirmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=44519