“Rusiya regionda tək söz sahibi olmaq istəyir” – ŞƏRH

image-russian-peacekeepers-nagorno-karabakh-13-08-21backend

“Rusiya sülhü də, münaqişəni də yalnız özünün həll edəcəyi qənaətindədir. Yəni regionda tək söz sahibi olmasını qoruyub saxlamağa çalışır”.

Bunu ötən gün Ermənistanın sərhəddə törətdiyi təxribat barədə fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri, politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın törətdiyi istənilən təxribatın ideya müəllifi, təşkilatçısı Ermənistan özü və ya onun siyasi-hərbi rəhbərliyi olmur:

image-rafael_becanov

“Ermənistan nə sülh, nə müharibə üçün müstəqil qərar vermək iqtidarında deyil. Bəzən Ermənistana hansısa ölkənin “forpostu” deyiləndə bunu şişirtmə kimi qəbul edənlər olur. Lakin bu şişirtmə yox, reallıqdır. Ermənistan proseslərin gedişinə uyğun bir müddət Rusiyanın, bir müddət Fransanın, bir müddət İranın forpostuna çevrilir. Bu dövlətin ənənəsi belə qoyulub. Azərbaycana qarşı növbəti təxribatın səbəblərindən biri də məhz Ermənistanın “forpost” olması, müstəqil və ardıcıl xarici siyasətinin olmamasıdır. Laçın istiqamətində baş verən təxribat Ermənistandan istifadə olunduğunu bir daha göstərdi. Baş verən hadisələrdə daha çox Rusiya və İran izi görünür. Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ-də görüşünün keçirilməsi haqqında məlumat yayılan kimi Laçın təxribatı baş verdi”.

“Söhbət burada Rusiya-Azərbaycan münasibətlərinin hansı səviyyədə olmasından getmir. Əsas məsələ Cənubi Qafqaz üzərində Qərb-Rusiya qarşıdurması və nəzarət paketinin ələ keçirilməsidir. Qərb Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin bitməsini istəyir. Gərginliyin davam etməsi Rusiyanın Qafqazda qalmasına və möhkəmlənməsinə zəmin yaradır. Ona görə də Qərb sülhün şərtlərindən asılı olmayaraq, regionda münaqişəsiz dönəm üçün müxtəlif vasitələrdən istifadə edir. Rusiya isə sülhü də, münaqişəni də yalnız özünün həll edəcəyi qənaətindədir. Yəni regionda tək söz sahibi olmasını qoruyub saxlamağa çalışır. Bu məsələdə isə Ermənistan onun üçün əvəzedilməzdir, yəni elə “forpost”dur. Ermənistanı istənilən təxribata təhrik edə bilir və edir. İran isə ibarəli desək, həmişəki kimi yandaşlıq edir. Kim Azərbaycana qarşıdırsa, İran həmişə onun yanındadır”, – politoloq şərh edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki