Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.78 $▲0.06%
  • WTI neft100.27 $▼0.52%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.99%
  • Qızıl4 074 $▲1.10%
  • Gümüş54.51 $▲1.41%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 647 $▲0.80%
  • Ethereum2 341 $▲0.88%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Dünya

Rusiya taxılı yoxsul Afrika ölkələrinə çatdırılacaq - Ərdoğan

image-erdogan-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyadan ixrac edilən kənd təsərrüfatı məhsulları Afrikanın yoxsul ölkələrinə çatdırılacaq.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim Rusiya prezidenti Vladimir Putinlə Rusiyadan tədarük olunacaq taxılın emal edilərək Afrikanın yoxsul ölkələrinə çatdırılacağına dair razılaşmamız var. ABŞ prezidenti Co Bayden buna görə bizə təşəkkür etdi” – deyə, Ərdoğan qeyd edib.

Ərdoğan eyni zamanda İyul ayında İstanbulda imzalanan taxıl müqaviləsinin 120 gün müddətinə uzadılacağını təsdiqləyib: “BMT, Türkiyə, Rusiya və Ukraynanın qəbul etdiyi qərardan sonra Qara dəniz dəhlizi ilə bağlı razılaşma 2022-ci il noyabrın 19-dan 120 gün müddətinə uzadılacaq”.

O, BMT-nin Baş katibi Antonio Quterreşə, Rusiya prezidenti Vladimir Putinə və Ukrayna lideri Vladimir Zelenskiyə təşəbbüsün genişləndirilməsində göstərdikləri səylərə görə təşəkkür edib.

Ərdoğanın sözlərinə görə, təşəbbüs başlayandan bəri humanitar dəhliz ilə 11 milyon metrik tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib: “Sazişin həyata keçirilməsi onun qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün nə qədər vacib və faydalı olduğunu göstərdi”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90999