“Rusiya Ukrayna ilə danışıqlara getmək üçün bu ölkəni vasitəçi görür” – ŞƏRH

image-2022-02-09t000000z_1319661209_mt1nurpho000hxcnme_rtrmadp_3_ukraine-conflict-stock-pictures-scaled-e1661353077377backend

“Rusiya Qərbin Ukraynaya dəstək verməsi fonunda gərginliyin azaldılmasına çalışır. Burada ən uğurlu vasitəçi qismində Türkiyəni görür”.

Bunu Putinin Ərdoğanla telefon danışıqlarını şərh edərkən, Rusiyanın Ukrayna ilə müharibədə münasibətlərin yumşalmasında vasitəçi tərəf kimi Türkiyəni görməsi ehtimalından danışan politoloq Tural İsmaylov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Ərdoğan ilk gündən Rusiya-Ukrayna müharibəsində qızışdırıcı və təşviq edici mövqedə deyil, barışdırıcı mövqedən çıxış edib:

image-ac1ae6a5162808028937106744910739879

“Son vaxtlar Rusiya diplomatlarının Türkiyə ilə əlaqələrinin intensivləşməsi Ukraynada danışıqlar prosesinin yenidən bərpa olunmasına olan marağı ehtiva edir. Rusiya əslində hansısa bir formada Ukrayna hakimiyyətinin danışıqlar masası arxasına əyləşməyinə çalışır. Lakin Ukrayna öz ərazi bütövlüyü təmin olunana və eyni zamanda işğal edilmiş torpaqları azad edilənə qədər hansısa bir formada Rusiya ilə əlaqələri bərpa etmiyəcəyini söyləyir. Həmçinin Krımla bağlı da artıq Ukrayna prezidenti açıq danışır və işğaldan azad ediləcəyini söyləyir”.

“Belə olan təqdirdə təbii ki, Rusiya Qərbin də Ukraynaya bu qədər çox dəstək verməsi fonunda gərginliyin azaldılmasına çalışır. Burada ən uğurlu vasitəçi qismində Türkiyəni görür. Hərhalda Rusiyanın çox ciddi narahatlıqları var. ABŞ prezidenti Baydenin sonuncu dəfə Ukraynaya səfəri, eyni zamanda ABŞ-ın və digər Qərb dövlətlərinin Ukraynaya verdiyi dəstəyin həcminin genişləndiriləcəyi ilə bağlı anons da Rusiyanı ciddi təşvişə salır”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki