“Rusiya Ukraynanı fəth edə bilmədi” – Polşa prezidenti

image-dudabackend

Müharibənin ilk günlərində hamı Kiyevin 3 günə yıxılacağını gözlədiyi vaxtda belə Polşa buna inanmayıb.

Busaat.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

Duda İkinci Dünya Müharibəsi zamanı 6 milyon polyakın həyatını itirdiyini, dağıdılan şəhərlər və soyqırım cinayətləri səbəbindən Ukraynanın faciəsini anladıqlarını bildirib.

Rusiya prezidenti Vladimir Putinin Rusiya imperiyasını yenidən qurmaq, dünyanı parçalamaq və Avropanı daim öz qaynaqlarından asılı vəziyyətə salmaq istədiyini bildirən Duda qeyd edib: “Bu gün biz bilirik ki, onlar bir illik müharibədən sonra uğur qazana bilmədilər. Rusiya Ukraynanı fəth edə bilmədi. Qərb dünyası birləşdi. Alyansa daha çox ölkə qoşulduqca NATO-nun rolu artdı. Avropa nəhayət, Rusiya neft və qazından asılılığına son qoyur. Putin uğursuzluğa düçar olur, heç bir strateji məqsədinə nail ola bilmir”.

Ukrayna əsgərlərinin və Ukrayna cəmiyyətinin qəhrəmanlığının Putini dayandırdığını vurğulayan Duda əlavə edib: “Polşa və Ukraynanı ilk gündən dəstəkləyən digər ölkələrin münasibəti Rusiyanı dayandırdı. Amma bütün bunlar Amerika Birləşmiş Ştatlarının güclü rəhbərliyi olmadan mümkün olmayacaqdı”.

Qələbəyə aparan yolun uzun olduğunu vurğulayan Duda, “Ukraynanın razılığı olmadan Rusiya ilə hər hansı bir razılaşma əldə etmək cəhdi qısamüddətlidir və gələcəkdə daha böyük faciəyə səbəb olacaq. Davamlı sülh üçün Ukraynanın qalib gəlməsi lazımdır. Bizə bütün azad dünyanın daha çox birliyi lazımdır”, – deyə sözlərini bitirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki