“Rusiya və İran nə qədər yaxın olsa da, dövlət naminə…” – ŞƏRH

image-russia-iran-vladimir-putin-ebrahim-raisibackend

“Bəzi situasiyalara əsasən tərəflərin bir-birinə önəm verdiyini demək olar”.

Bunu Rusiyalı politoloq Sergey Markovun “İran Rusiya üçün hazırda o qədər də önəmli ölkə deyil” sözlərinə münasibət bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, onun söylədiklərinin Rusiya-İran münasibətlərini tamamilə əks etdirdiyini demək doğru olmaz:

image-131bd62202-hh

“Markov həm Rusiyada, həm də Azərbaycanda tanınmış politoloq olsa da söylədikləri Rusiya-İran münasibətlərini tamamilə əks etdirmir. Son 20 il ərzində Rusiya-İran münasibətlərində dəyişimlər xüsusilə gözə çarpandır. İstər 2007-ci ildə BMT-də İrana sanksiyaların həyata keçirilməsinə qarşı Rusiyanın göz yummağı, istərsə də 2018-ci ildə ABŞ-ın İranı vurmaqla bağlı dediyi hədələr zamanı Rusiyanın soyuq yanaşması deməyə əsas verir ki, Rusiya İranı istənilən vaxt ata bilər. İran dini liderləri belə Rusiyaya tam şəkildə güvənə bilmərik deyir. Bütün belə açıqlamalar deməyə əsas verir ki, Rusiya-İran arasında nə qədər əməkdaşlıq olsa da son nəticədə dövlət maraqlarını qorumaq naminə addım atmağı bacarırlar”.

Politoloq Ukrayna müharibəsində İranın Rusiyaya verdiyi dəstəyə də toxunub: “Ukrayna müharibəsində İranın Rusiyaya verdiyi dəstək deməyə əsas verir ki, tərəflər bəzi vaxtlarda bir-birinə yaxınlaşma göstərə bilir. Saydıqlarımı nəzərə alaraq Markovun fikirlərində müəyyən həqiqət olsa da yaranmış bəzi situasiyalara əsasən, tərəflərin bir-birinə önəm verdiyini demək olar”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki