Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladı

Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladıbackend
image-uzb_ads_desk

“Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.

O, bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladığını bildirib:

“Atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki