Rusiya Xəzərdən Odessaya zərbələr endirdi: ölənlər və yaralananlar var

image-7698842c7e6139e6a1e61ccddb25755c850backend

Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.

Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub. Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.

Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki