Rusiyada ən yaxşı “TOP 100 Deep House” musiqiçisi arasında olan azərbaycanlı

image-dj1backend

RAFO adıyla tanınan musiqi prodüserinin yeni ‘’I Miss You’’ albomu Türkiyədə işıq üzü görüb. Bu barədə Busaat.az-a ifaçının özü məlumat verib.

“Deep House” musiqi adı ilə diqqətləri üzərinə çəkməkdə davam edən RAFO-nun yeni ”I Miss You” albomu 25.02.2021 tarixində “Road Story Records” etiketi ilə “Spotify”, “Apple Music”, “Youtube” kimi bütün rəqəmsal musiqi platformalarında öz yerini alıb.

RAFO adıyla tanınan Aydın Bədəlov 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsində təhsil alıb. Ötən il fevralın 23-də Tağıyevin ev muzeyində ilk dəfə DJ hitlərinin səslərini və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını birləşdirən misilsiz bir tədbirdə çıxış edib. RAFO qısa müddətdə “Deep House” musiqi dünyasında gözə çarpan bir sənətkar, səs prodakşn sahəsində sertifikatlı bir mütəxəssis halına gələn bir azərbaycanlı DJ, musiqiçi və prodüserdir.

RAFO-nun müəllif debütü 2016-cı ilin mart ayında “Media Blackout” etiketində reallaşıb və bu gün parçaları “Radio Record”, “Europa Plus”, “Radio Energy”, “KISS FM”, “Radio Marbella” efirlərində səslənir və mütəmadi olaraq beynəlxalq radiostansiyaların TOP pleylistlərində yer alır. RAFO, “Promodj.ru” saytına görə Rusiyada ən yaxşı TOP 100 Deep House musiqiçisi arasındadır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90