Rusiyada hərbi komissar güllələndi

image-rusyabackend

İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin hərbi qeydiyyat idarəsində gənc avtomatdan atəş açıb.

Busaat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Silahlı hücum nəticəsində hərbi çağırış komissiyasının yüksək rütbəli zabiti Aleksandr Yeliseyev ağır yaralanıb və xəstəxanaya aparılıb. Hazırda komissarın vəziyyətinin ağır olduğu bildirilib.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev, komissarı güllələyən Ruslan Zin adlı şəxsin dərhal saxlanıldığını bildirib.

Ruslan Zinin 25 yaşında olduğu və komissara 6 dəfə atəş açdığı bildirilib.

Faktla bağlı istintaq davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90