Rusiyada koronavirusdan rekord ölüm qeydə alınıb

Rusiyada koronavirusdan rekord ölüm qeydə alınıbbackend

Rusiyada son bir gündə 652 pasiyentin koronavirusdan vəfatı ilə gündəlik ölüm hallarında rekord rəqəm qeydə alınıb.

Busaat.az  xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı məlumat verib. Ən çox ölüm halı Moskva (121) və Sankt-Peterburqda (119 ) qeydə alınıb.

Bundan əvvəl koronavirusdan rekord ölüm sayı 24 dekabr 2020-ci ildə qeydə alınmışdı – 635 nəfər.

24 saat ərzində 20 min 616 nəfər yoluxub, 14 min 697 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.

Ölkə üzrə pandemiya dövründə ümumilikdə 5 milyon 493 min 557 insan “COVID-19”a yoluxub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90