Rusiyada “S-400” yığılan zavodda yanğında ölənlərin SAYI ARTIR

image-photo_166042-1backend

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Busaat.azTASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

“Dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 17 nəfərdir”, – xidmətdən bildirilib.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90