
Rusiyanın “Admiral Gorshkov” freqatı fevralda Çin və Cənubi Afrika təlimlərə qoşulacaq
Rusiyanın “Admiral Qorşkov” freqatı Çin Xalq Azadlıq Ordusu və Cənubi Afrika Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
Busaat.az TASS-a istinadən xəbər verir ki, “Tsirkon” hipersəs raketləri daşıyan freqat Suriyanın Tartus limanında ehtiyatlarını artıracaq və təlimlərə qatılacaq.
“2023-cü ilin fevral ayında Cənubi Afrika Respublikasının dəniz qüvvələri və Çin Xalq Azadlıq Ordusu ilə Cənubi Afrika sahillərində birgə təlimlərin keçirilməsi gözlənilir”, – Rusiya Müdafiə Nazirliyi bildirib.
Busaat.az























