Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 106 $▼1.64%
  • Ethereum1 901 $▼1.38%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Rusiyanın Ermənistandakı səfirindən XAİN BƏYANAT

image-f610a51c197b30_610a51c197bab
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Soçidəki görüşdən umduqlarını ala bilməyən ermənilərin “könlünü almaq” üçün həddini aşan açıqlamalar verib. Kopırkin Qarabağda azsaylı erməni əhalisinin “statusu” məsələsinin gələcək nəsillərin öhdəsinə buraxılmalı olduğunu iddia edib.

“Qarabağın statusu ədalətli həlli üçün məqbul şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalı olan məsələdir” deyə, o bildirib. Bununla da Soçidəki görüşdən “statusla” bağlı vəd alacaqlarını gözləyən ermənilərə səbirli olmağı məsləhət görüb. O, Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və Rusiya prezidentinin bütün məsələlərdə razılığa gəlməyin mümkün olmadığı barədə sözlərini xatırladıb. O, Rusiya prezidenti Vladimir Putinin sözlərini təkrarlayaraq vurğulayıb ki, qəbul edilən bütün qərarlar Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89416