Rusiyanın “Kosmos-2222” peyki atmosferdə yanıb – NORAD

image-1390909backend

Rusiyanın Kosmos-2222 raket erkən xəbərdarlıq sistemi peyki orbitdən çıxıb və atmosferdə yanıb.

Busaat.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) açıqladığı məlumatda bildirilir.

NORAD-ın məlumatına görə, peyk mayın 3-də orbitdən çıxıb və atmosferə daxil olub.

Aprelin sonunda Rusiya Elmlər Akademiyası nəzdində Keldış Tətbiqi Riyaziyyat İnstitutu peykin mövqeyini izlədiyini açıqlamışdı.

Qeyd edək ki, Kosmos-2222 25 noyabr 1992-ci ildə Plesetsk kosmodromundan buraxılıb və yüksək elliptik orbitə çıxarılıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90