Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Rüstəm Orucov 1/4 finalda Olimpiya çempionuna uduzdu

image-rustemorucov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Busaat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Tokio-2020-dəki bayraqdarlarından biri olan idmançımız ilk olaraq 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.

O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb. Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib.

Qeyd edək ki, Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında Olimpiya gümüş mükafatçımız Orucov məhz Ono Şoheiyə uduzub. İdmançımız bugünkü qarşılaşmada da məğlubiyyətə uğrayıb (ipponla). O, təsəlliverici görüşdə iştirak edəcək. Bürünc medal uğrunda görüş üçün vəsiqə uğrunda onun rəqibi Kosovo idmançısı Akil Gjakova olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53125