Saakaşvilinin uzunmüddətli HƏBSİ: “Bu, hakimiyyətin marağında deyil”

image-1512462486_1502308445backend

“Saakaşvilinin azadlığı hadisələrin gedişatından asılıdır”.

Bu sözləri bir neçə gün öncə həbs edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılacağı ilə bağlı ehtimalı dəyərləndirən politoloq İlqar Vəlizadə Busaat.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Mixail Saakaşvilinin həbsi bütünlüklə seçkilərin fonunu kifayət qədər dəyişdi. Belə ki, bir çox şəhərlərdə ikinci tur elan olunub:

image-sakasvili

“İndiki hakim  “Gürcü arzusu” partiyasının tam mütləq qələbə və istədiyi nəaliyyəti əldə etmədiyini göstərir. Tiflis, Kutaisi  və Batumidə ikinci tur olacaq. Bu, iri şəhərlərin  heç də hakimiyyəti qeyd- şərtsiz dəstəkləmədiyindən xəbər verir. Əlbəttə ki, bu vəziyyət müxalifətə müəyyən üstünlüklər qazandırıb.

Gürcüstanda yerli hakimiyyət orqanlarında səsvermənin ikinci turuna qədər inanmıram ki, Mixail Saakaşvili həbsxanadan azadlığa çıxsın. Ancaq bu,  sonrakı hadisələrin gedişatından da asılıdır. Bütün hallarda Saakaşvilini uzun müddət həbsxanada saxlamaq hakimiyyətin marağında deyil. Odur ki, gec və ya tez onu azadlığa buraxacaqlar. Sadəcə olaraq hansı şərtlərlə olacağı bəlli deyil”.

 

Nərmin Kərim

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90