Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.74 $▼0.79%
  • WTI neft83.98 $▼0.90%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.170 $▲0.25%
  • Qızıl3 775 $▼0.32%
  • Gümüş45.85 $▲0.09%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin64 708 $▼0.25%
  • Ethereum1 816 $▼0.38%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Sabah”ın baş məşqçisi: “Oyunun sonlarını yaxşı keçirmədik”

image-boban-mitev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İlk görüşdə olduğu kimi, bu dəfə də oyunun sonlarını yaxşı keçirmədik”.

Busaat.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev Şimali Makedoniya klubu “Rabotniçki”ni 83:81 hesabı ilə məğlub etdikləri FİBA Avropa Kuboku oyunu barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis əsas problemin təcrübəsizlik olduğunu bildirib: “Oyunçularımı təbrik edirəm. Onlar xüsusən də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun axarını dəyişməyi bacardıq. Görüşün sonlarını yaxşı keçirməməyimiz komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram”.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” klubuna qarşı keçirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124145