Sabiq məmur siyasətə qayıdır – “Qudalar İttifaqı” yenidən aktivləşəcək?

image-26backend

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov deputatlığa namizədliyini irəli sürməklə yenidən siyasətə qayıtmağa çalışır. 

Busaat.az  xatırladır ki, H.Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, bu vəzifəyə 2019-cu ilin aprelində təyin edilib.

 

1723716003 9b573b19 3f0d 4c5e 9df4 60a5958e4ef0 1554299956
Əsədov rektor vəzifəsinə təyin edilənə qədər beş il (2013-2018) kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Etimadı doğrultmadığından o, 2018-ci ilin aprelində nazir vəzifədən azad edilməklə siyasətdən uzaqlaşdırılıb.
H.Əsədovun yenidən siyasətə qayıtmaq istəyi maraqlıdır. Əsədovun hökumətdə vaxtilə yüksək vəzifələr tutan şəxslərlə qohumluq əlaqəsi olub. Həmin şəxslər də işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən uzaqlaşdırılıblar.

1723715980 1498983
H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla və uzun müddət Dövlət Gömrük Komitəsinin sədr müavini olmuş Əsgər Abdullayevlə (2006-2022) qudadır.

1723716117 1672221662

1723716094 9a141bf0 332c 4011 abf7 d7c1f010fb82

Bunlardan başqa Əsədovun əmək və əhalinin sosial müadafiəsi naziri işləmiş Səlim Müslümovla kirvə olduğu da bildirilir. Əsədovun qohumluq əlaqəsində olduğu bütün yüksək vəzifəli şəxslər “pensiya”ya göndərilib. Elə H.Əsədovun özü də yüksək vəzifəyə layiq olmadığından nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Əsədov və yaxınlarının mühüm dövlət vəzifələrindən uzaqlaşdırılmasının əsas səbəbi onların adının ciddi korrupsiya əməllərində çəkilməsi, eləcə də övladlarının özlərini dövlət adamının adına yaraşmayan şəkildə aparması olub.

1723716132 heyder esedov
H.Əsədovun iki oğlu və bir qızı var. Əsədovun oğulları dəbdəbəli həyat sürmələrinə görə dəfələrlə gündəmə gəliblər. Keçmiş kənd təsərrüfatı nazirinin kiçik oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahib olmaqla özünü ərəb şeyxləri kimi aparırdı. Xarici media vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı (90 HO 505) bahalı avtomobillə (“Porşe”) şütüməsindən yazırdı.

1723715858 ea5fcd14a7dcd28e50a106b0ad09675c
Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. H.Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən böyük oğlu Beşiktaş, Seba Kompleksi “Selenium-Twins” B BL.D.244 ünvanında mülk almışdı.V.Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva “VAGU (VAGU – VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketi”ni 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılıb. Bu məbləğ lirənin o zamankı kursu ilə 650 min dollar idi.

Əsədovun oğulları ilə yanaşı qızı da dəbdəbəli həyat yaşayır.

1723715781 70417

Qızının həyat yoldaşı keçmiş nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovdur. A.Məmmədovu Azərbaycan ictimaiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, atasının nazir işlədiyi dövrdə Azərbaycanda populyar idi və demək olar ki, onun adı gündəmdən düşmürdü. İctimaiyyət Anar Məmmədovun bir milyon manat qarşılığında Qəbələdə ayı kəsdirməsini isə yəqin ki, heç bir zaman unutmayacaq.

1723715860 11
H.Əsədovla kirvə olduğu deyilən S.Müslümov da “bacarıqlı” korrupsionerlərdən olub. S.Müslümovun korrupsiya və maliyyə fırıldaqçılığına görə ayrı-ayrı vaxtlarda 2 dəfə həbsə düşməsi də onun hansı vərdişlərə sahib olduğunu göstərir.

1723715723 921094
Korrupsioner ətrafı olan Əsədov deputat olarsa, yenidən siyasətə qayıtmış olacaq. Görünür, keçmiş kənd təsərrüfatı naziri Ucarda fermerliklə məşğul olan qudası, sabiq nəqliyyat naziri Z.Məmmədovla məsləhətləşmələr apardıqdan sonra siyasətə qayıtmaq qərarına gəlib.  (Sfera.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki