Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 261 $▲0.24%
  • Ethereum1 786 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Şadlıq sarayında namaz qılındığı toyun sahibi danışdı: "Bura toydur"

image-aaa4-28381-29-jpg-pagespeed-ce-gfoiyzmyy3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkələrdə şadlıq sarayında toy mərasimi zamanı camaat namazının qılındığını əks etdirən videogörüntülər yayılıb.

Busaat.az xəbər verir ki, görüntülər sosial şəbəkədə müzakirəyə çevrilib.

Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Toy mərasiminin sahibi Oqtay Quliyev hadisəyə münasibət bildirib.

“Məlum video ilə bağlı bir məsələyə aydınlıq gətirməliyəm. Toyu milli adət-ənənələrimizə uyğun olaraq təşkil etmişəm. Muğam üçlüyü əsas toyun aparıcısı idi. Təbii ki, digər toylardan fərqi içki və rəqsin olmaması idi. Toyda dindarlar və möminlərla yanaşı qeyri-dindar qonaqlarım da iştirak edirdi. Möminləri nəzərə alaraq şadlıq evində bir otaqda namaz üçün şərait yaradılmışdı. Ancaq bəzi dindarların təşəbbüsü və təkidi ilə şadlıq evinin ortasında mənim fikrim nəzərə alınmadan camaat namazı qılındı. Həmin namazı lentə alan qonaqlar onu sosial şəbəkələrdə paylaşıblar. Özümə qalsa, bunu doğru hal hesab etmirəm. Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur”, – mərasimin sahibi qeyd edib.

İqtisadiyyat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135424