Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 745 $▲0.99%
  • Ethereum1 817 $▲2.74%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Şahdağa 5 sm qar yağdı - Faktiki hava

image-qar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Busaat.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı: Neftçalada 21 mm (aylıq normanın 72%-i), Qobustanda 13 mm, Sabirabad, Cəfərxanda 8 mm, Ordubad, Biləsuvar, Lənkəran, Culfa, Sədərək, Şamaxı, Astara, Yardımlı, Balakən, Oğuz, Qəbələ, Şahbuz, Şərur, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Zaqatala, Şəki, Quba, Altıağac, Qusar, Şabran, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 mm (aylıq normanın 34%-i), Sumqayıtda 5 mm (aylıq normanın 20%-i), Maştağada 3 mm, Binədə 2 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 5 sm-dir.

Duman: Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130514