Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.81 $▲1.13%
  • WTI neft88.77 $▲0.98%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 841 $▼0.83%
  • Gümüş47.20 $▼0.64%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 324 $▼1.52%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Sahibə Qafarova Buyar Osmani ilə görüşdü - Fotolar

image-mycollages_-_2023-04-12t155902-834
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.

Busaat.az xəbər verir ki, Sahibə Qafarova Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatdığını və regionumuzun münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Sədr qeyd edib ki, Ermənistan hələ də danışıqlarda destruktiv mövqe tutur, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldadır və münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozur. Dünən Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat və bizim 3 hərbçimizin həlak olması bunun bariz nümunəsidir.

Qonaq diqqətə çatdırıb ki, Şimali Makedoniya müxtəlif etnik qrupların birgə yaşadığı ölkədir və postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində böyük təcrübəyə malikdir. ATƏT sədri ölkəsinin bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qonaq siyasi dialoqun inkişaf etdirilməsi, regionda sülhün təşviqi, gələcəyə baxış və digər məsələlər barədə fikirlərini bölüşüb, bu sahədə ATƏT-in görə biləcəyi işlərdən danışıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106668