Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.50 $▲1.86%
  • WTI neft89.16 $▲1.42%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.130 $▼0.92%
  • Qızıl3 843 $▼0.76%
  • Gümüş47.26 $▼0.52%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.00 ¢▲0.09%
  • Bitcoin64 711 $▼0.92%
  • Ethereum1 816 $▼1.02%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Sahibə Qafarova erməni spikerin yalanlarını ifşa etdi

image-151
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib.

Busaat.az xəbər verir ki, spiker bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı “ekoloji narahatlıqlar” barədə danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və Ermənistanın Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etdiyi barədə susur. Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə də uyğundur.

Sahibə Qafarova brifinqdə deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa “terror” iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür.
Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106937