
Şahruddin "Viktoriya" ilə oyundan sonra bu sözləri dedi - FOTO
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə “Viktoriya” (Plzen) ilə cavab oyunundan sonra paylaşım edib.
Busaat.az xəbər verir ki, 28 yaşlı qapıçı öz instaqram hesabında “Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm” sözlərini yazıb.
Qeyd edək ki, “Qarabağ” “Viktoriya”ya 2:1 hesabı ilə uduzub. “Qarabağ” mübarizəni Avropa Liqasının qrup mərhələsindən davam etdirəcək.
























