Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.86 $▲1.22%
  • WTI neft85.66 $▲0.76%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.182 $▲3.08%
  • Qızıl3 853 $▼0.63%
  • Gümüş47.19 $▼0.63%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 927 $▼1.37%
  • Ethereum1 797 $▼1.17%
  • S&P 5007 329▼1.23%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Şalva Gogoladzenin ilk rəsmi xarici səfəri Azərbaycana olacaq  

image-14jpg-1748963023
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın idman naziri Şalva Gogoladze Azərbaycan Parlamentinin üzvlərini qəbul edib və iki ölkə arasında idman sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Gogoladze görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda onun xaricə ilk rəsmi səfəri Azərbaycana olacaq.

Səfər zamanı azərbaycanlı həmkarı ilə bir sıra yeni layihələr müzakirə ediləcək ki, bu layihələr hər iki dövlət və xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Gogoladze vurğulayıb ki, son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib və bu sahədə böyük təcrübəyə malikdir.

O, həmçinin qeyd edib ki, azərbaycanlı idmançılar müxtəlif idman növləri üzrə Gürcüstana gəlir, gürcü idmançıları isə Azərbaycanda yarışlarda iştirak edir. Münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsi üçün belə görüşlərin sayının artırılması vacibdir.

Nazir əlavə edib ki, tez-tez keçirilən görüşlər iki dost və qardaş xalq arasında daha sıx əlaqələr yaratmağa xidmət edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166541