Salyan xəstəxanasında bir gündə iki ölüm hadisəsi

image-1613845271_xestexana-fotobackend

Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilən hamilə qadın ölü uşaq dünyaya gətirib.

Busaat.az xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub.

Bundan başqa, Salyan RMX-yə böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki