Salyanda 25 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb.
Bu barədə Busaat.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 16-sı saat 15 radələrində Salyan rayonu ərazisində 1998-ci il təvəllüdlü Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1993-cü təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel İbrahimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.