Samuel Giqot karyerasını “Marsel”də bitirmək istədiyini açıqlayıb

image-samuel-giqotbackend

“Spartak”ın sabiq müdafiəçisi, hazırda “Marsel”də çıxış edən Samuel Giqot karyerasını Provans klubunda bitirmək istədiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

“Əgər klub hələ də məni burada görmək istəyirsə, karyeramı elə Marseldə başa vurmaq istəyirəm. Bu, çox əla olardı”, – Samuel Giqot RMC Sport-a deyib.

Xatırladaq ki, Samuel Giqot ötən yay “Spartak”dan ayrılıb. Qırmızı-ağlarla birlikdə fransız Rusiya kubokunun qalibi olub. Futbolçu hazırda “Marsel”də çıxış edir. Fransa komandası ötən mövsüm Liqa 1-də 73 xal toplayaraq üçüncü yeri tutub. 29 yaşlı müdafiəçinin “Marsel”lə müqaviləsi 2025-ci ilə qədərdir. 2023/2024 mövsümündə Giqot artıq Provanslar üçün bütün turnirlərdə beş oyun keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki