Səfirliyimizə hücum edən şəxsi zərərsizləşdirən Vasif Tağıyev kimdir? – Şuşalı, 3 uşaq atası…

image-1674822585_1674821635_ytftbackend

Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.

Busaat.az 7NEWS.az-a istinadən xəbər verir ki, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.

Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, üç övladı var, iki qız, bir oğlan. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90