Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.67 $▼4.11%
  • WTI neft82.58 $▼2.55%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.183 $▲0.66%
  • Qızıl3 772 $▼0.39%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.75 ¢▼0.25%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

Şəhid ailəsi fərdi evlə təmin ediləcək- FOTO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.

 

Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq.

 

Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq.

 

Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər.

 

Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=26871