Şəhid mayor Vüsal Vəliyevin qardaşı onunla son görüşündən yazdı

image-sehid-mayor-vusal-veliyev1backend

Busaat.az xəbər verir ki, Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu özünün sosial media hesabında onunla son görüşündən yazıb:

“Onunla son görüşümüzdən düz 3 il keçir.
3 aylıq təlimdən çıxmışdı, çox yorğunuydu.
3 il əvvəl elə bugünki tarixdə Göygöldə son dəfə bərk-bərk qucaqlaşdıq, son dəfə bir-birimizi öpdük, son dəfə göz-gözə baxdıq, səssizcə vidalaşdıq.
Hadisələr sanki dünən baş verib”.image-sehid-mayor-vusal-veliyev2

“Bu dəfə sonacan gedəcəyik, bizdən sonrakı nəslə müharibə qalmamalıdır.
Bircə döyüş əmr verilsin, hamısını məhv edəcəyik. İgidlərimə bircə əmr kifayətdir, düşmənin külü göyə sovrulacaq. Nə vaxta qədər torpaqlarımızda onların gəzməsinə dözəcəyik.
Dostlarımın, cənab generalın intiqamını alacam. Bu dəfə onları “dayday”ları da qurtara bilməyəcək”, – dedi.

“Maşına doğru gedəndə qəflətən geri döndüm, bir dəfə də möhkəm qucaqladım. “Özünü qoru, özündən muğayat ol” dedim.
Gülümsədi, “narahat olma, qaqam, hər şey yaxşı olacaq”, – dedi. Amma hər şey yaxşı olmadı.

Ürəyimdə bir köz var. Nə sönür, nə də alışmır. Eləcə korun-korun yandırır 🙁
Ömrümün sonunacan da o köz ürəyimi yandıracaq.

Ruhun şad olsun qardaşım,
Ruhun şad olsun Komutan !”image-sehid-mayor-vusal-veliyev3

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki