Şəhidlərə həsr olunan “Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirilib – FOTOLAR

image-ordubadin-zefer-zirvesi21backend

27 Sentyabr – Anım Günündə Naxçıvan muxtar respublikasının Ordubad rayonunda Yəhya Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı olub.

Busaat.az-ın məlumatına görə, tədbirdən əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ali Məclisdə rayonu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra rayon ziyalısı Ordubad şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə müstəqilliyimiz uğrunda aparılan mübarizədən, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti ilə hələ 1990-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 30 illik erməni işğalına, 28 illik Şuşa nisgilinə son qoyulmasından danışılıb. Çıxış edənlər ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı fikirlərini bölüşüb, tarixi Zəfərin xalqımızda yaratdığı qürur hissindən bəhs ediblər.

Sonda Yəhya Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi “Ordubadın Zəfər zirvəsi” adlı kitabının təqdimatı olub.

Ordubad rayonunda Anım Günü ilə bağlı Dəstə kəndində də tədbir keçirilib, Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus kəndlərində şəhid məzarları ziyarət olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki