Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Şəhidlərimizin xatirəsinə Quran ziyafəti təşkil olunub – FOTOLAR

image-interpress_b342e75aed6b548f934c6b5a2d5f1e24_o6hwxz580vagmeiqn1u2-640x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Şəhidlər Məscidində 15 İyul Şəhidləri və Tovuz Döyüşləri Şəhidlərinin əziz xatirəsinə Quran ziyafəti təşkil olunub.Busaat.az xəbər verir ki, tədbiri Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açıq açıq elan etdi. O, öz çıxışında 15 İyul şəhidlərini və Tovuz şəhidlərini rəhmətlə yad edərək şəhidliyin əhəmiyyətindən danışıb:

“Şəhidlik uca bir zirvədir. Əslində şəhidlik ilk insan nəsli ilə başlamış və qiyamətə qədər də davam edəcəkdir. 15 İyulda Türkiyənin necə bir fəlakətin astanasından döndüyünü, xain dövlət çevrilişinə cəhd edənləri və onların arxasında duran güclərə qarşı verdiyi mücadiləni unutmamaq şəhidlərimizə vəfa borcumuzdur.”.

İhsan Açıq Azərbaycan Ordusunun qəhrəmanlıq salnamələrindən biri olan Tovuz döyüşlərindən bəhs etdi və bu döyüşlərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib:

“Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Tovuz döyüşlərində Azərbaycan ordusunun yüksək rütbəli zabitləri və əsgərləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, törədilən təxribatların qarşısını qətiyyətlə aldılar. Bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğullar heç zaman unudulmayacaq”.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycan ictimaiyyətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da iştirak ediblər.

Tədbirdə Səbail rayonu üzrə bölgə qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qəmbərov, Şəhidlər məscidinin imamı Şayiq Əliyev, Nərimanov rayon Cümə Məscidinin imamı Araz Abdullayev, İlahiyyatçı Sadiq Ramizoğlu tərəfindən Qurani-Kərimdən surələr oxunub.

Tədbirin sonunda Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavi İhsan Açıq tərəfindən 15 İyul şəhidləri və Tovuz döyüşləri şəhidləri üçün oxunan xətmlərin duası edildi, bütün şəhidlərimizə dualar edilib.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=143043