Serbiya silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

image-1392731backend

Serbiya silahlı qüvvələri prezident Aleksandr Vuçiçin fərmanı əsasında yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Busaat.az xəbər verir ki, bu barədə “Vecernje Novosti” qəzeti məlumat yayıb.

Məlumata görə, Vuçiç silahlı qüvvələrə təcili olaraq Kosovo və Metohiya inzibati sərhəddinə keçməyi əmr edən fərman verib.

Xəbərdə bildirilir ki, dövlət başçısı həmçinin NATO rəsmilərini Kosovonun serb əhalisinə qarşı törədilən zorakılığa son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.

Prezidentin bu addımına səbəb Kosovonun şimal hissəsində serblərin məskunlaşdığı dörd bələdiyyədə və Metohiyada gərginliyin artması olub. İddiaya görə, Kosova hüquq-mühafizə orqanları inzibati binaları ələ keçirməyə çalışırlar. Kütləvi informasiya vasitələri sirenaların işə düşməsi, mobil rabitənin kəsilməsi və hüquq-mühafizə orqanlarının səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə etməsi barədə məlumat dərc edib.

Qeyd edək ki, aprelin 23-də Kosovonun şimal hissəsində və Metohiyada dörd bələdiyyədə Zveçan, Zubin Potok, Leposaviç və Şimali Mitrovitsada yerli seçkilər keçirilib. Serblər Priştinanın öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək səsverməni boykot ediblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90