Sərgən Yalçın fantastik maaş istədi – “Neftçi” razılaşmadı

image-tia_e262a6a68fffa4951352b5aed742067a_lb3afmxcj05skyh789nt-637x336backend

“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.

Bu barədə  onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib: “Hazırda hava limananındayıq, dönürük. İndi üçün anlaşma olmadı”.

Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.

Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. Rəhbərlik Sərgən Yalçını hələ də daha aşağı maaşa razı salmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki