Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.41 $▲0.57%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 876 $▲0.09%
  • Gümüş47.63 $▲0.26%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 740 $▼0.88%
  • Ethereum1 818 $▼0.89%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Sərhədi qanunsuz keçmək istəyən Pakistan vətəndaşı SAXLANILDI

image-1701061916_656423a1c4d86656423a1c4d871701061537656423a1c4d84656423a1c4d85
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Busaat.az-a verilən xəbərə görə, noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Syed Kashıf Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129040