Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ! İyulun 3-dən etibarən

image-cnb7lpualppywlsxabyxyfqwbnp7na8yisnftnji
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyulun 3-dən etibarən “Azərbaycan Dəmir Yolları” (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edir.

Busaat.az  Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Bakıdan saat 08:25-də yola düşəcək qatar Sabunçu stansiyasına saat 08:42-də, əks istiqamətdə saat 08:52-də yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 09:07-də çatacaq.

Eyni zamanda 3 iyul tarixindən etibarən Ağstafadan Bakıya yola düşən qatarın paytaxta saat 23:15-də çatmasını nəzərə alaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 22:45-də yola düşən sonuncu sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib. Belə ki, 3 iyul tarixindən etibarən müvafiq istiqamət üzrə qatar yenilənmiş cədvələ əsasən saat 23:45-də yola düşəcək.

Bununla yanaşı, həftə içi Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə saat 13:30-da, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə saat 14:30-da hərəkətdə olan reyslər həftəsonları və qeyri-iş günlərində də eyni saatlarda hərəkətdə olacaqlar.

Qeyd edilən dəyişikliklərlə əlaqədar Bakı-Sumqayıt-Bakı sürətli qatarlarının hərəkət qrafiki yenilənib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114171