Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 400 $▲2.01%
  • Ethereum1 830 $▲3.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Sərvər Bəşirliyə avtomobil hədiyyə edən Türkiyəli iş adamı: "ÇOX TƏSİRLƏNDİM" - FOTO

image-yenigundem_da7bed457705ef3a79d32d20f74087be_i6m78u1qwn0lvjfek432-620x460
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyəli iş adamı Sebahettin Civelek Türkiyəyə zəlzələdən zərərçəkənlərə göndərmək üçün köhnə maşınına yüklədiyi əşyalarla fotosu çəkilən və sosial mediada paylaşıldıqdan sonra çoxlarının rəğbətini qazanan Sərvər Bəşirlinin bu xeyirxah əməlindən təsirləndiyi üçün avtomobil hədiyyə edib və onun evinin tikintisinə dəstək olub.

Civelek azərbaycanlıların Türkiyəyə yardım etmək üçün göstərdiyi səyləri izlədiyini ifadə edərək “Sərvərin evində yorğan, döşək, nimdər və nə varsa maşınına yükləyərək yardım mərkəzinə gedərkən çəkilən o şəklini görəndə nitqim tutuldu, çox təsirləndim. Bu necə bir ürəkdir, necə bir ruh halıdır? İllərlə bir-birindən uzaq tutulmağa çalışan qardaşların heç bir maneə olmadan bir-birinə köməyə gəldiyini gördük. O bir simvoldur. Əslində Sərvər Bəşirlinin simasında Azərbaycanın türk xalqına uzatdığı əli gördük. Mən də bu qardaşıma təşəkkür olaraq bir avtomobil hədiyyə etməliyəm.”, – deyib.

Sərvərin əvvəlcə hədiyyəni qəbul etmədiyini, ancaq alması üçün çox israr etdiklərini qeyd edən Civelek, “Onu görmək üçün Bakıya gəldim. İllərdir bir-birini görməyən iki qardaşın görüşdüyü kimi bir-birimizə sarıldıq, çox duyğulu anlar yaşadıq. Evini də inşallah inşa edəcəyik.

O köhnə maşın könlümüzdə taxt qurdu. O maşın millətimiz arasındakı dostluğun rəmzi kimi qorunub saxlanmalıdır. Onun daşıdığı mənalar bir cild kitab olacaq.”, – deyə bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102728