“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.
Busaat.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq./APA