Çin Tayvanla sülh yolu ilə birləşməyə çalışır, lakin güc tətbiqini də istisna etmir.
Busaat.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Tsipin bugün keçirilən Çin Kommunist Partiyasının 20-ci Milli Konqresinin açılış mərasimində bildirib.
“Biz ən böyük səmimiyyət və maksimum səylə sülh yolu ilə birləşməyə çalışırıq, lakin güc tətbiqi ehtimalından heç vaxt imtina etməyəcəyik” – deyə, Çin lideri qeyd edib.
Qeyd edək ki, Tayvan 1949-cu ildə Çan Kay-şekin (1887-1975) quruğu yerli administrasiya tərəfindən idarə edilir. Belə ki, Çində hakimiyyət uğrunda gedən vətəndaş müharibəsində məğlub olan Kuomintang qüvvələrinin rəhbəri Çan Kay-şek Tayvana qaçaraq burada öz iqtidarını bərqərar edib və ada o vaxtdan bəri müstəqillik mübarizəsi aparır. Pekin isə, adaya özünün əyalətlərindən biri kimi baxır.









